earth-for-language az
Qeydiyyat
Qeydiyyat

İyunun 16-da Beynəlxalq Muğam Mərkəzində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisi açılıb.

iyunun-16-da-beynelxalq-mugam-merkezinde-baki-yunus-emre-institutunun-teskilatciligi-ile-kecmisden-geleceye-enenevi-izler-adli-tezhib-ve-miniatur-sergisi-acilib-1

İyunun 16-da Beynəlxalq Muğam Mərkəzində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisi açılıb.

Sərgi Türkiyə və Azərbaycan arasında ortaq mədəni dəyərləri əks etdirən əsərləri bir araya gətirərək sənət vasitəsilə qardaşlıq bağlarını daha da gücləndirmək məqsədi daşıyır.

Sərgidə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr Birol Akgün, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı mümayəndəliyinin rəhbəri Ufuk Turganer, səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və birliyin üzvü Cemal Yangın iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və həyat yoldaşı Zöhrə Akgün , Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan, sərginin kuratoru Zühal Alodalı, eləcə də Milli Məclisin deputatları, xalq rəssamı Arif Hüseynov və digər rəsmi şəxslər çıxışlarında incəsənətin xalqlar arasında mədəni körpü rolunu oynadığını və bu kimi layihələrin ortaq mədəni dəyərlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Sərgidə Türkiyə və Azərbaycanlı qadın sənətçilərin təzhib və miniatür sahəsindəki orijinal əsərləri ziyarətçilərin diqqətinə təqdim olunmuşdur.

Sərgi 3 gün ərzində Beynəlxalq Muğam Mərkəzində ziyarətçilərə açıq olacaq.

Paylaş
Baxış sayı:
Baxış sayı
5
Tarix:
Tarix
16/06/2026
WhatsApp icon