earth-for-language az
Qeydiyyat
Qeydiyyat

İyunun 5-də Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “Bir uşağın sabahına işıq ol!” şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilb.

iyunun-5-de-gencliye-yardim-fondunun-teskilatciligi-ile-bir-usagin-sabahina-isiq-ol-suari-ile-22-ci-enenevi-xeyriyye-sergisi-kecirilb-1

İyunun 5-də Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “Bir uşağın sabahına işıq ol!” şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilb.

Sərginin açılış mərasimində Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin müşavirləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, iş adamları, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgünün həyat yoldaşı Zöhrə Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, “Bizim Ailə” jurnalının baş redaktoru Dr. Gülnarə Seyidova və Türkiyənin Azərbaycandakı Din Xidmətləri müşaviri İhsan Açık çıxışlarında Türk və Azərbaycan xalqlarının ortaq mədəniyyətində yardımlaşma, qonşuluq, həmrəylik və xeyriyyəçilik ənənələrinin mühüm yer tutduğunu vurğulayaraq, bu cür təşəbbüslərin cəmiyyətdə mərhəmət, paylaşma və sosial məsuliyyət dəyərlərinin güclənməsinə töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, Sərgidən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil xərclərinə sərf ediləcəkdir.
 

Paylaş
Baxış sayı:
Baxış sayı
11
Tarix:
Tarix
05/06/2026
WhatsApp icon