earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Mayın 19-da Niğdədən gələn türk iş adamları ilə azərbaycanlı iş adamları arasında ikili iş görüşmələri keçirilib

mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-1
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-2
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-3
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-4
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-5
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-6
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-7
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-8
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-9
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-10
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-11
mayin-19-da-nigdeden-gelen-turk-is-adamlari-ile-azerbaycanli-is-adamlari-arasinda-ikili-is-gorusmeleri-kecirilib-12

Mayın 19-da Azərbaycan-Türkiyə İş Adamları Birliyi və Niğde Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Niğdədən gələn müxtəlif sektorlarda sahibkarlıq fəaliyyəti göstərən türk iş adamları ilə Azərbaycanlı iş adamları arasında ikili iş görüşmələri (B2B) keçirilib.
Tədbirdə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Türkiyə Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Komitənin üzvü Vüqar Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Niğde Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Şefket Katırcıoğlu və Palatanın Məclisinin sədri Serdar Ecemiş iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən iştirakçılar iki ölkə başçısının Türkiyə və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq zəminində iqtisadi və ticarət əlaqələrinin genişlənməsi istiqamətində həyata keçirdikləri siyasət, müvafiq sahədə bugünədək görülmüş işlərdən danışıb, sahibkarlar arasında ikili iş görüşmələrinin bu baxımdan əhəmiyyətindən bəhs ediblər.
Həmçinin Şefket Katırcıoğlu rəhbəri olduğu Palatanın təsis olunma məqsədləri, fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq strategiyası barədə ətraflı təqdimat edib.
Açılış mərasiminin sonunda Niğde Ticarət Sənaye Palatası adından xatirə hədiyyəsi təqdim edilib.
Daha sonra İqtisadi Zonaların İnkişafı Agentliyinin əməkdaşı Əbülfəz Ağayev Sənaye zonaları və aqroparkların fəaliyyətləri, xarici investorlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verib.
Tədbir çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları arasında qarşılıqlı tanışlıq və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirilib, eləcə də tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Baxış sayı:
Baxış sayı
32
Tarix:
Tarix
19/05/2025
WhatsApp icon