earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Mayın 25-də Qarabağ Dirçəliş Fondu (QDF) və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə işgüzar görüş keçirilib.

mayin-25-de-qarabag-dircelis-fondu-qdf-ve-cebrayil-qubadli-ve-zengilan-rayonlarinda-azerbaycan-respublikasi-prezidentinin-xususi-numayendeliyinin-birge-tesebbusu-ve-teskilatciligi-ile-isguzar-gorus-kecirilib-1

Mayın 25-də Qarabağ Dirçəliş Fondu (QDF) və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə işgüzar görüş keçirilib.

“Qarabağ Dirçəliş Fondunun Dostları” platforması çərçivəsində baş tutan tədbirdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, ölkənin aparıcı şirkətlərinin rəhbər şəxsləri və nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, İlqar Nuri, Muhterem Öz, İlkin Əliyev, Erdem Ercin və Katibliyin rəhbəri Mehriban Əsədli iştirak ediblər.

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında investisiya potensialı və biznes fürsətləri” mövzusunda təşkil olunan görüşün məqsədi sözügedən rayonların sosial-iqtisadi mənzərəsini, prioritet sektorlar üzrə yaranan investisiya imkanlarını investorlara ətraflı şəkildə təqdim etmək olub.

Görüşdə regiona yerli kapitalın cəlb olunmasını təşviq etmək, dövlət-özəl sektor dialoqunu gücləndirmək və regionun iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrini nümayiş etdirmək kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında aparılan bərpa-quruculuq layihələrinə, eyni zamanda Qarabağ Dirçəliş Fondunun sifarişi ilə tanınmış britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsinə həsr olunan videoçarxlar da nümayiş olunub.

Sonra tədbir sual-cavab sessiyası və müzakirələrlə davam edib. Müzakirələr zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının və ümumilikdə Qarabağ bölgəsinin bərpa və quruculuq prosesində şirkətlərin rolundan danışılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Baxış sayı:
Baxış sayı
10
Tarix:
Tarix
25/05/2026
WhatsApp icon