earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə Zəfər Gününün beşinci ildönümü münasibətilə “Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” mövzusunda donor və tərəfdaşlarla görüş keçirilib.

qarabag-dircelis-fondunun-qdf-teskilatciligi-ile-zefer-gununun-besinci-ildonumu-munasibetile-qalib-azerbaycan-bes-ilde-zeferden-zirveye-movzusunda-donor-ve-terefdaslarla-gorus-kecirilib-1

6 noyabr 2025-ci il  Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə Zəfər Gününün beşinci ildönümü münasibətilə “Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” mövzusunda donor və tərəfdaşlarla görüş keçirilib.



Görüşdə Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, dövlət və hökumət rəsmiləri, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, qazilər, Fondun donor və tərəfdaşları, eləcə də ictimaiyyət və media nümayəndələri, o cümlədən ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.

 


Açılış nitqi ilə çıxış edən QDF sədri Rəhman Hacıyev Zəfər Gününün xalqımızın həmrəyliyinin və milli ruhunun təcəssümü olduğunu, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinin bu birliyin real göstəricisinə çevrildiyini bildirib.

 


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Ədalət Muradov çıxışında Qarabağın azad edilməsini türk dünyasının son əsrlərdəki ən böyük tarixi nailiyyətlərindən biri və ümumtürk birliyinin parlaq təntənəsi kimi dəyərləndirdiyini vurğulayıb.

 


Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova, müharibə iştirakçısı Alik Yusifov və digər natiqlər Zəfər Gününün Azərbaycan xalqı üçün mühüm mənəvi və siyasi əhəmiyyət kəsb etdiyini, bu qələbənin dövlətimizin inkişafında önəmli bir səhifə açdığını qeyd ediblər.



Daha sonra tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi ilə də tanış olublar.

Paylaş
Baxış sayı:
Baxış sayı
24
Tarix:
Tarix
06/11/2025
WhatsApp icon