earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Sərhədçi İdman Kompleksində Kyokuşin karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında “Zəfər Günü”nə həsr olunmuş turnir keçirilib.

serhedci-idman-kompleksinde-kyokusin-karate-uzre-usaqlar-yeniyetmeler-ve-gencler-arasinda-zefer-gunune-hesr-olunmus-turnir-kecirilib-1

2 noyabr 2025-ci il tarixində Sərhədçi İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Karate Federasiyası, Azərbaycan Karate Federasiyasının “KWU-WFKF” Birliyi, KWF Azərbaycan və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı, ATİB üzvləri “Sirab”, “Coca-Cola Azərbaycan”, “Qarabağ Aqro 44”, “Köşebaşı”, “Altay Catering”, “TonuBy” şirkətlərinin sponsorluğu və “Biznes TV”-nin media dəstəyi ilə Kyokuşin karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında “Zəfər Günü”nə həsr olunmuş turnir keçirilib.



Turnirin açılışında ATİB İdarə Heyətinin üzvü Rafiq Qarayev, Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti və “KWU-WFKF” Birliyinin “Fəxri prezidenti” Füzuli Musayev, AKF Baş katibi, "WFKF və KWU-SENSHI"-nin Azərbaycan üzrə rəsmi nümayəndəsi Qabil Sayadov, KWF Azərbaycan nümayəndəsi Rza Mustafayev, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, AKF idarə heyətinin üzvləri və komitə sədrləri Həmdiyyə Məmmədov və Əhməd Əfəndi, federasiya rəhbərləri, Qarabağ Müharibəsinin qaziləri və idman xadimləri iştirak ediblər.



Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sosial məsuliyyət tədbirləri çərçivəsində təşkil edilən 250 uşaq və yeniyetmənin iştirak etdiyi yarışın məqsədi yeniyetmələr arasında Kyokuşin karatenin inkişafı və kütləviliyinin artırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.



Turnirin sonunda yarışın qalibləri kubok və medallarla mükafatlandırılıblar.

Paylaş
Baxış sayı:
Baxış sayı
25
Tarix:
Tarix
02/11/2025
WhatsApp icon