earth-for-language az
Qeydiyyat
Qeydiyyat

TÜİB-in 6-cı Dönəm Seçkili Ümumi Yığıncağı keçirildi – 30 may 2025-ci il

tuib-in-6-ci-donem-seckili-umumi-yigincagi-kecirildi-30-may-2025-ci-il-1
tuib-in-6-ci-donem-seckili-umumi-yigincagi-kecirildi-30-may-2025-ci-il-2

30 may 2025-ci il tarixində “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) 6-cı Dönəm Seçkili Ümumi Yığıncağı keçirilib. Yığıncaqda TÜİB-in həyata keçirdiyi layihələr və fəaliyyət istiqamətləri barədə təqdimat nümayiş olunub.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkiyə Respublikası Ticarət nazirinin müavini Mahmut Gürcan, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev, TÜİB üzvləri, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bununla yanaşı, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və Baş Katibi Gülnar Şirinova da tədbirdə iştirak edərək iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində biznes birliklərinin rolunu vurğulayıblar.

Rəsmi çıxışlardan sonra 6-cı Dönəm Seçkili Ümumi Yığıncağa start verilib və TÜİB-in yeni İdarə Heyətinin seçilməsi prosesi həyata keçirilib.

Paylaş
Baxış sayı:
Baxış sayı
212
Tarix:
Tarix
30/05/2025
WhatsApp icon