earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Türkiyə Respublikasının Zəfər Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.

29 avqust 2025-ci il tarixində Şəhidlər Xiyabanında yerləşən Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Zəfər Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.



Mərasimdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Pr.Dr. Birol Akgün, Səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin sədri Mürsəl Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
 


Səfir Prof.Dr. Birol Akgün 30 avqust 1922-ci il tarixində Mustafa Kamal Atatürkün baş komandanlığı və türk əsgərlərinin qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbə nəticəsində Türkiyə Cümhuriyyətinin qurulmasında mühüm mərhələnin uğurla başa çatdırıldığını bildirib. Eyni qətiyyət və birlik ruhunda Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin “bir millət, iki dövlət” devizinin təməlinin qoyulmasında böyük rol oynadığını vurğulayan Prof.Dr. Birol Akgün iki ölkənin qardaşlıq bağlarının gələcəkdə daha da möhkəmlənməsi naminə səylərimizin davam edəcəyini qeyd edib.



Daha sonra şəhid məzarları, “Türk şəhidliyi” və “Əbədi məşəl” abidələri önünə gül dəstələri qoyulub.

Paylaş
Baxış sayı:
Baxış sayı
13
Tarix:
Tarix
29/08/2025
WhatsApp icon