earth-for-language az
Qeydiyyat
Qeydiyyat

UNEC-də “Auditoriyadan İş Dünyasına” mövzusunda beynəlxalq forum keçirilib

2024-cü il mayın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə birgə UNEC-in 95 illik yubileyinə həsr olunmuş “Auditoriyadan İş Dünyasına: Təhsil, Təcrübə və Karyera” mövzusunda Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu keçirilib.
Forumun əsas məqsədi universitetlərlə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin təcrübə və karyera imkanlarının artırılması, həmçinin əmək bazarının tələblərinə uyğun təhsil proqramlarının hazırlanmasına dəstək göstərməkdir.
Forumda çıxış edənlər sırasında Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov da olub. O, ATİB-in təhsil və biznes sahəsində oynadığı körpü rolunu, xüsusilə də Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın və gənclərin peşəkar inkişafının gücləndirilməsindəki rolunu vurğulayıb.
ATİB-in bu forumda iştirakı, təşkilatın 1994-cü ildən bəri fəaliyyət göstərdiyi və Azərbaycanda sahibkarlığın inkişafına verdiyi töhfələrin davamı kimi qiymətləndirilib. Forum panel müzakirələri ilə davam edib.

Paylaş
Baxış sayı:
Baxış sayı
73
Tarix:
Tarix
29/05/2025
WhatsApp icon