earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Xəzər Universitetində “Biznes və Elm” Forumu keçirilib (27 fevral 2025)

xezer-universitetinde-biznes-ve-elm-forumu-kecirilib-27-fevral-2025-1

27 fevral 2025-ci il tarixində Xəzər Universitetində “Biznes və Elm: Akademik biliklərin sənaye və innovasiyada tətbiqi üzrə I forum” keçirilib. Forum universitet və iş dünyası arasında əməkdaşlığın möhkəmləndirilməsi, innovasiyaların təşviqi və gənc mütəxəssislərin peşəkar inkişafına dəstək məqsədilə təşkil olunub.

Forum çərçivəsində Xəzər Universitetinin qurucusu Prof. Hamlet İsaxanlı, ATİB İdarə Heyətinin üzvü Zalbəy Ağadadaşov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, TUİB İdarə Heyətinin sədri Hüseyn Büyükfırat, MUSİAD İdarə Heyətinin sədri Rəşad Cabirli və ENERGAZER MMC-nin direktoru Süleyman Məcidli biznes innovasiyaları, sənaye və universitet əməkdaşlığı, startap ekosistemi və yeni tədqiqat imkanları kimi aktual mövzularda çıxış ediblər.

Forum iştirakçıları akademik və sənaye əməkdaşlığının gücləndirilməsi üçün davamlı platformanın yaradılmasını vacib olduğu barədə ortaq fikrə gəliblər. Növbəti addımlar kimi birgə tədqiqat layihələrinin həyata keçirilməsi, universitetlərdə biznes inkubasiya mərkəzlərinin yaradılması və sənaye nümayəndələrinin akademik mühitə inteqrasiyasının artırılması kimi təkliflər irəli sürülüb.

Paylaş
Baxış sayı:
Baxış sayı
123
Tarix:
Tarix
27/02/2025