earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Oğuzda “Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər” konfransı keçirildi

oguzda-emek-munasibetleri-ve-mesgulluq-muasir-cagirislar-ve-reqemsal-heller-konfransi-kecirildi-1
oguzda-emek-munasibetleri-ve-mesgulluq-muasir-cagirislar-ve-reqemsal-heller-konfransi-kecirildi-2
oguzda-emek-munasibetleri-ve-mesgulluq-muasir-cagirislar-ve-reqemsal-heller-konfransi-kecirildi-3
oguzda-emek-munasibetleri-ve-mesgulluq-muasir-cagirislar-ve-reqemsal-heller-konfransi-kecirildi-4
oguzda-emek-munasibetleri-ve-mesgulluq-muasir-cagirislar-ve-reqemsal-heller-konfransi-kecirildi-5

Martın 13-də Oğuzda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda konfrans keçirilib.

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti, habelə işəgötürənlər iştirak edib.

Tədbir iştirakçıları Oğuzda keçirilən əmək yarmarkasında iştirak ediblər. Yarmarkada 13 işəgötürən tərəfindən 60-dan çox vakansiya təqdim olunub. Sahibkarlarla birgə dəyirmi masa keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.

 

Paylaş
Baxış sayı:
Baxış sayı
112
Tarix:
Tarix
13/03/2025