earth-for-language az
Qeydiyyat
Qeydiyyat

“Qarabağ Gecəsi” xeyriyyə konserti (8 iyul 2025) baş tutdu

qarabag-gecesi-xeyriyye-konserti-8-iyul-2025-bas-tutdu-1
qarabag-gecesi-xeyriyye-konserti-8-iyul-2025-bas-tutdu-2
qarabag-gecesi-xeyriyye-konserti-8-iyul-2025-bas-tutdu-3
qarabag-gecesi-xeyriyye-konserti-8-iyul-2025-bas-tutdu-4
qarabag-gecesi-xeyriyye-konserti-8-iyul-2025-bas-tutdu-5
qarabag-gecesi-xeyriyye-konserti-8-iyul-2025-bas-tutdu-6

8 iyul 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi ilə “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib. Tədbirdə rəsmilər, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında konsertin əsas məqsədi barədə məlumat verərək bildirib ki, toplanan vəsait Qarabağın bərpasına yönələcək.
Sonra tədbir bədii hissə ilə davam edib. Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə yerli və xarici müəlliflərin opera əsərlərindən parçalar ifa ediblər. Konserti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri müşayiət edib, dirijor Mustafa Mehmandarov olub.
Bədii hissədən sonra keçirilən rəsmi ziyafətdə konsertə dəstək göstərən tərəfdaşlara və ifaçılara plaket və “Təşəkkür sertifikatı” təqdim olunub.
Qeyd edək ki, konsertdən əldə olunan 73 min AZN Zəfər və İşğal muzeylərinin yaradılmasına yönəldiləcək.

Paylaş
Baxış sayı:
Baxış sayı
43
Tarix:
Tarix
08/07/2025
WhatsApp icon