earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Martın 18-də Bakıda Türk Şəhidliyində Çanaqqala Şəhidləri Günü və Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə anım mərasimi keçirilib

martin-18-de-bakida-turk-sehidliyinde-canaqqala-sehidleri-gunu-ve-canaqqala-zeferinin-110-cu-ildonumu-munasibetile-anim-merasimi-kecirilib-1
martin-18-de-bakida-turk-sehidliyinde-canaqqala-sehidleri-gunu-ve-canaqqala-zeferinin-110-cu-ildonumu-munasibetile-anim-merasimi-kecirilib-2
martin-18-de-bakida-turk-sehidliyinde-canaqqala-sehidleri-gunu-ve-canaqqala-zeferinin-110-cu-ildonumu-munasibetile-anim-merasimi-kecirilib-3
martin-18-de-bakida-turk-sehidliyinde-canaqqala-sehidleri-gunu-ve-canaqqala-zeferinin-110-cu-ildonumu-munasibetile-anim-merasimi-kecirilib-4
martin-18-de-bakida-turk-sehidliyinde-canaqqala-sehidleri-gunu-ve-canaqqala-zeferinin-110-cu-ildonumu-munasibetile-anim-merasimi-kecirilib-5
martin-18-de-bakida-turk-sehidliyinde-canaqqala-sehidleri-gunu-ve-canaqqala-zeferinin-110-cu-ildonumu-munasibetile-anim-merasimi-kecirilib-6
martin-18-de-bakida-turk-sehidliyinde-canaqqala-sehidleri-gunu-ve-canaqqala-zeferinin-110-cu-ildonumu-munasibetile-anim-merasimi-kecirilib-7

Martın 18-də Bakıda Türk Şəhidliyində Çanaqqala Şəhidləri Günü və Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib. Mərasimdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Tədbirin açılışında Çanaqqala qurbanları yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səsləndirilib. Türk Şəhidliyindəki xatirə abidəsinin qarşısına çiçək dəstələri qoyulduqdan sonra mərasim Şəhidlər Xiyabanını ziyarətlə başa çatıb.

Paylaş
Baxış sayı:
Baxış sayı
104
Tarix:
Tarix
18/03/2025